Logo

Ottava və Torontodakı Azərbaycan məktəblərinin şagirdləri 20 Yanvar faciəsi barədə məlumatlandırılıb - FOTO

23.01.2024 19:17 131 baxış
IMG

Kanadanın Ottava və Toronto şəhərlərində fəaliyyət göstərən Azərbaycan həftəsonu məktəblərində dərslərin mövzusu 20 Yanvar faciəsinə həsr olunub.

Bu barədə "Tehsil.biz"ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Ottavadakı “Qarabağ” Azərbaycan dili məktəbinin, Toronto şəhərindəki Təhsil Mərkəzinin Xarici Dillər Bolməsinin Azərbaycan dili sinfinin və onlayn formatlı “Qarabağ” Azərbaycan həftəsonu məktəbinin şagirdlərinə sovet imperiyası tərəfindən 34 il öncə Bakıda və Azərbaycanın bir sıra bölgələrində dinc əhaliyə, o cümlədən qadınlara, qocalara, gənclərə və uşaqlara qarşı xüsusi amansızlıqla törədilmiş hərbi cinayət barədə ətraflı məlumat verilib.

20 Yanvar faciəsinin Azərbaycanın ən yeni tarixində şəhidlik zirvəsi olduğu, vətənimizin azadlığı ideyası ətrafında xalqımızı sıx birləşdirdiyi şagirdlərin diqqətinə çatdırılıb. Həmin günün Azərbaycanda Ümumxalq Hüzn Günü elan edildiyi, hər il xalqımızın 20 Yanvar şəhidlərinin uyuduğu Bakıdakı Şəhidlər Xiyabanını izdihamla ziyarət etdiyi bildirilib.

Məktəblilərin ifasında 20 Yanvar hadisələrinə həsr olunmuş şeirlər səsləndirilib və rəsmlər çəkilib.

Xəbər lenti