Logo

Dahran Amerikan Məktəbindəki festivalda Azərbaycan uğurla təmsil olunub

24.01.2024 23:31 138 baxış
IMG

Səudiyyə Ərəbistanının Dahran şəhərindəki Amerikan Məktəbində keçirilən Beynəlxalq Gün festivalında Azərbaycan uğurla təmsil olunub.

Bu barədə "Tehsil.biz"ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Dahran şəhərində yaşayan Azərbaycan icmasının üzvlərinin təşkil etdikləri Azərbaycan guşəsində ölkəmizin tarixini, mədəniyyətini, adət-ənənələrini, milli mətbəxini əks etdirən nümunələr nümayiş etdirilib. Milli geyimli icma üzvlərimiz tədbir iştirakçılarına Azərbaycan barədə ətraflı məlumat veriblər.

ASD-nin şagirdləri Mədinə və Əminə Qarayevaların ifasında peşəkarcasına təqdim edilən milli rəqsimiz alqışlarla qarşılanıb.

Xəbər lenti