Logo

Türkiyənin məşhur aktrisası vəfat etdi

30.01.2022 15:20 641 baxış
IMG

Məşhur Türkiyə aktrisası Diler Saraç vəfat edib.

Tehsil.biz türk mediasına istinadən xəbər verir ki, bir müddətdir qaraciyər xərçəngindən əziyyət çəkən "Yeşilçam" ulduzu Diler Saraç 85 yaşında vəfat edib. Bu barədə aktrisanın qızı Flora Trakyalı bildirib.

Qeyd edək ki, aktrisa 200-dən artıq serial və filmdə rol alıb. 1975-ci ildə çəkilmiş “Pisi Pisi” filmindəki performansıyla “13. Altın Portakal Film Festivalı”nda "Ən yaxşı köməkçi qadın aktyor" mükafatına layiq görülüb.

Xəbər lenti