Logo

Nantdakı “Qarabağ” məktəbində “İki dövlət, bir millət, bir ürək” adlı tədbir keçirilib - FOTO

27.06.2023 23:42 176 baxış
IMG

Fransanın Nant şəhərində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan həftəsonu məktəbində “İki dövlət, bir millət, bir ürək” mövzusunda tədbir keçirilib.

"Tehsil.biz"in məlumatına görə, tədbirdə Türkiyənin Nantdakı Baş konsulluğunun, Nant Türk Kültür Dərnəyinin təmsilçiləri, Azərbaycan icmasının fəalları və məktəbin müəllim-şagird heyəti iştirak ediblər.

İki ölkənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə Türkiyənin Nantdakı Bas konsulu Aslı Oral, dərnəyin sədri Sefer Altuntas, Azərbaycan-Fransa Mədəniyyət Assosiasiyasinin sədri Toğrul Zeynalov və başqaları çıxış ediblər.

Qonaqlara bildirilib ki, Azərbaycan və türk dünyası üçün böyük əhəmiyyət kəsb edən Qarabağ bölgəsinin adını daşıyan bu məktəb Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələrinə əsasən azərbaycanlıların kompakt yaşadığı Nant şəhərində yaradılıb. Xaricdə yaşayan övladlarımızın doğma dillərini, tarixini, mədəni dəyərlərini mənimsəməsi, milli kimliklərini unutmaması, tarixi Vətənlərinə bağlılığın möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərən məktəbdə keçirilən dərslər və gerçəkləşdirilən layihələr barədə qonaqlara ətraflı məlumat verilib.

Tədbirin bədii hissəsində şagirdlərin ifasında Azərbaycana və Türkiyəyə həsr olunmuş şeirlər səsləndirilib, birgə əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb

Qeyd edək ki, Fransanın Nant şəhərində “Qarabağ” Azərbaycan həftəsonu məktəbinin açılışı 20 aprel 2019-cu ildə baş tutub. “Qarabağ” məktəbi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə fəaliyyət göstərir.

Xəbər lenti