Logo

Rusiyalı alim və mütəxəssislər Botanika İnstitutunda olublar

25.12.2024 16:37 74 baxış
IMG

Ümumrusiya Təbiəti Mühafizə Cəmiyyətinin Ümumrusiya ictimai təşkilatının inkişaf üzrə direktoru Aleksey Reteyum, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin landşaft memarı Artyom Parşin, N.V.Tsisina adına Rusiya Elmlər Akademiyasının Baş Nəbatat Bağının Federal Dövlət Büdcə Elmlər İnstitutunun Təbii Flora Laboratoriyasının aparıcı elmi işçisi, Rusiya Botaniklər Cəmiyyətinin vitse-prezidenti Stepan Senator Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun qonağı olublar.

Botanika İnstitutundan TƏHSİL.BİZ -ə bildirilib ki, baş direktor professor Səyyarə İbadullayeva və institutun digər alimlərinin iştirakı ilə keçən görüşdə əməkdaşlıq əlaqələrinin qurulması, şəhər yaşıllıqlarının artırılması üçün perspektivli ağac-kol bitkiləri barədə müzakirələr aparılıb.

S.İbadullayeva qonaqlara Botanika İnstitutunun elmi-tədqiqat istiqamətləri, beynəlxalq əlaqələri, həyata keçirilən müştərək layihələr və əldə olunan nailiyyətlər haqqında məlumat verib.

Qonaqlar İnstitutun Botanika Muzeyi, Herbari Fondu və laboratoriyaları ilə tanış olublar. Onlar Herbari Fondunda saxlanılan yerli və xarici floraya aid herbari nümunələri və onların elektronlaşdırılması üzrə aparılan işlərlə yaxından maraqlanıblar.

Sonda rusiyalı alimlər əməkdaşlıq perspektivlərini yüksək qiymətləndirərək kadr və təcrübə mübadiləsi, müştərək layihələr, ekspedisiyaların təşkili, herbari materiallarının mübadiləsi üçün geniş imkanların olduğunu vurğulayıblar. Tərəflər əməkdaşlıq memorandumunun imzalanması üzrə ilkin razılığa gəliblər.

 

 

 


 

Xəbər lenti