Logo

BANM-in layihəsi Niderlandda ən yaxşı startaplar arasında yer alıb

08.01.2025 16:07 77 baxış
IMG

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) “CLIMASEL” layihəsi Niderlandın “Startupbootcamp” akselerasiya proqramında ən yaxşı 30 layihə arasında yer alıb. Enerji və ətraf mühit kateqoriyasında isə 2000 layihə arasından seçilib.

Bu barədə TƏHSİL.BİZ-ə BANM-dən məlumat verilib. Bildirilib ki, “CarbonX” komandasına 25 min avro investisiya ayrılıb. Komanda 3 aylıq akselerasiya proqramında iştirak etmək hüququ qazanıb.

Layihənin təqdimatını BANM-ın Kimya mühəndisliyi ixtisasının III kurs tələbələri Xəyalə Miriyeva və Fatimə Nəsirova ediblər. Həmçinin layihədə Ali Məktəbin İnnovasiya və Tədqiqatlar Mərkəzinin böyük mühəndisi Elmar Əsgərzadə, Kimya kafedrasının müəllimi Aysel Məmmədova və SOCAR Türkiyə Strateji Planlaşdırma və Korporativ Performans üzrə Mütəxəssisi Güllü Hüseynli (BANM məzunu) yer alıblar.

“CLIMASEL” layihəsi binalarda enerji sərfiyyatını azaldan və sabit temperaturun qorunmasını təmin edən bioəsaslı faza dəyişən materiallar əsasında hazırlanan “Climasel” panelləri istehsal edir.

 

 

 

Xəbər lenti