Yeni yayılan respirator virusla bağlı Azərbaycanın təhsil müəssisələrində davamiyyətdə mənfi dinamika müşahidə edilmir.
Bu barədə TƏHSİL.BİZ -in sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Məlumata görə, təlim-tədris prosesi fasiləsiz şəkildə davam edir.
Xatırladaq ki, ötən gün Səhiyyə Nazirliyi ölkədə kəskin respirator xəstəlik yayıldığı ilə bağlı məlumat açıqlamışdı.