Logo

“İcma əsaslı məktəbəqədər təhsil” layihəsinin əhatə dairəsi genişləndirilib

08.01.2025 16:31 83 baxış
IMG

“İcma əsaslı məktəbəqədər təhsil” layihəsi çərçivəsində 890 məktəbdə 1177 icma əsaslı qrup təşkil edilib.

TƏHSİL.BİZ  xəbər verir ki, hazırda bu qruplara 19 133 nəfər 3-4 yaşlı uşaq cəlb olunub. Onların təlim-tərbiyəsi ilə 1088 tərbiyəçi-müəllim məşğul olur.

Layihəyə 2017-ci ildə start verilib. Layihənin məqsədi ölkə üzrə məktəbəqədər təhsilə əlçatanlığın artırılması, valideyn-icma-məktəb əməkdaşlığının yaradılması və uşaqların 4 inkişaf sahəsini əhatə edən bacarıqlarının formalaşdırılmasıdır.

Layihə erkən yaşda təlimin uşağın sosial-emosional, kiçik və böyük motor və intellektual bacarıqlarının yaxşılaşmasına müsbət təsir etməsini, onun məktəbdəki akademik göstəricilərinə və gələcəkdə əmək bazarında uğur qazanmasına zəmin yaratmasını nəzərə alaraq həyata keçirilir.


 

Xəbər lenti