“Keçən tədris ilində 14 Bakı məktəbində, həmçinin Lənkəran, Quba, Tovuz və Neftçala olmaqla 4 rayon və şəhər məktəbində 2000-dən çox şagird arasında sorğu apardım”.
Bunu TƏHSİL.BİZ -ə Təhsil İnstitutunun doktorantı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sosial və mədəni fəaliyyət kafedrasının baş müəllimi Günay Məmmədzadə deyib.
Onun sözlərinə görə, tədqiqat və anket sorğusunun nəticələrinə əsaslanaraq demək mümkündür ki, məktəblərdə ibtidai sinif şagirdləri arasında bullinqin daha çox fiziki, sözlü və psixoloji növləri yayılıb:
“Tədqiqatlar göstərir ki, bullinq hallarına ilkin olaraq ibtidai siniflərdə rast gəlinir. Bullinq hallarının çox olduğu yaş dövrü isə ilkin və orta yeniyetməlik yaş dövrü, yəni 5-8-ci siniflərdir. Lakin son illərin tədqiqatları göstərir ki, artıq ibtidai siniflərdə də bullinq halları artmaqdadır".