Logo

ADAU-da bir neçə dərs vəsaiti və metodiki göstərişin təqdimatı olub

30.04.2025 11:27 90 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) İctimai fənlər kafedrasının əməkdaşları tərəfindən hazırlanan dərs vəsaitləri və metodiki göstərişlərin təqdimatı keçirilib.

TƏHSİL.BİZ -in bölgə müxbiri xəbər verir ki, təqdim olunan “Azərbaycan tarixi fənnindən mühazirələrin qısa icmalı” dərs vəsaiti, "Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları fənnindən mühazirələrin qısa icmalı” dərs vəsaiti, “Fəlsəfə fənnindən mühazirələrin qısa icmalı”, “HTML”, “Multikulturalizmə giriş fənnindən mühazirələrin qısa icmalı”, “Qarabağ xanlığının ictimai-iqtisadi vəziyyəti və mədəni həyatı, Qarabağ xanlığının siyasi tarixi” adlı metodik göstərişlər professor-müəllim heyəti, həm də tələbələrin istifadəsi üçün nəzərdə tutulub.

Təqdimatda çıxış edən universitetin rektoru Zəfər Qurbanov təqdim olunan dərs vəsaitlərinin və metodiki göstərişlərin xüsusilə tarix sahəsində qiymətli mənbələr olduğunu bildirərək, müəllifləri təbrik edib.

Digər çıxış edənlər təqdim olunan kitabların mahiyyətindən bəhs edib, nəzəri biliklərə daha da dərindən yiyələnmək istəyənlər üçün yaxşı vəsaitlər olduğunu diqqətə çatdırıblar.

Xəbər lenti