Logo

“Yüksəliş” müsabiqəsinin qalibi Qarabağ Universitetinin tələbələrinə təlim keçib

30.04.2025 16:25 49 baxış
IMG

“Yüksəliş” müsabiqəsinin qalibi Toğrul Ələkbərov Qarabağ Universitetinin tələbələri üçün təlim keçirib.

TƏHSİL.BİZ xəbər verir ki, T.Ələkbərov tələbələrə şəxsi və ünsiyyət bacarıqları, strateji baxış, müstəqil özünü ifadə etmək üsulları və digər həyati bacarıqların inkişaf etdirilməsi barədə məlumat və tövsiyələr verib.

Spiker yumşaq bacarıqların karyerada rolu mövzusunda da öz fikirlərini tələbələrlə bölüşüb. Bildirib ki, yumşaq bacarıqların həm təhsil, həm də gələcək iş həyatında mühüm yeri olduğundan bu bacarıqlara yiyələnmək əsas şərtlərdən biridir.

Sonda təlimçi tələbələrin suallarını ətraflı şəkildə cavablandırıb, mövzular ətrafında müzakirə aparılıb.

 

 

 

 


 

Xəbər lenti