Logo

İşğaldan azad olunmuş ərazilərdə Milli park yaradılır

13.06.2025 13:52 78 baxış
IMG

İşğaldan azad olunmuş Xankəndi və Şuşa şəhərlərində, eləcə də, Ağdərə və Xocalı rayonlarının ərazisində yeni milli park yaradılır.

TƏHSİL.BİZ  ,APA-ya istinadən xəbər verir ki, bunu Xankəndidə İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun bugünkü iclasında çıxış edən Ekologiya məsələləri üzrə işçi qrupun rəhbəri, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, milli park 100 min hektar ərazini əhatə edəcək və artıq parkın xəritəsi də hazırlanıb. Xəritə Əmlak məsələləri üzrə Dövlət komitəsinə göndərilib. Bu ilin sonuna qədər yeni parkın yaradılması nəzərdə tutulub.

Xatırladaq ki, Xankəndidə işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclasında müvafiq dövlət qurumlarının nümayəndələri, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Şuşa, Ağdam, Füzuli, Xocavənd, Ağdərə Xocalı, rayonlarında və Xankəndi şəhərində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin, eləcə də Bərpa, Tikinti və İdarəetmə Xidmətlərinin nümayəndələri iştirak edir.

Xəbər lenti