Logo

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayır

13.06.2025 15:36 91 baxış
IMG

17 iyun 2025-ci il tarixindən etibarən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi, incəsənət məktəb və mərkəzlərinə 2025/2026-cı tədris ili üzrə I sinfə şagird qəbulu imtahanları başlayır.

TƏHSİL.BİZ xəbər verir ki, məktəblərə qəbul üçün ümumilikdə 18 665 namizəd qeydiyyatdan keçib. Onlardan 16 548 nəfəri musiqi, 1 427 nəfəri rəssamlıq, 690 nəfəri isə xoreoqrafiya istiqamətləri üzrə müraciət edib.

İmtahanlar rayon və şəhərlərdə mərkəzləşdirilmiş formada, aidiyyəti üzrə təşkil olunmuş imtahan mərkəzlərində aparılacaq.

Namizədlərə imtahan tarixi və yeri barədə bildirişlər bu gün ərzində şəxsi kabinet, elektron poçt və SMS vasitəsilə təqdim olunacaq.

Qeyd edək ki, qəbul prosesi şəffaflıq prinsipləri əsasında rəqəmsal texnologiyaların tətbiqi ilə təşkil olunur.

Xəbər lenti