Logo

Bakıda inklüziv sinif təşkil edilən məktəblərin sayı 30-a çatdırılıb

13.06.2025 17:10 82 baxış
IMG

Bakı şəhəri üzrə ümumilikdə 220 şagird inklüziv təhsilə cəlb edilib.

Bu barədə TƏHSİL.BİZ -ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Həmçinin "2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı"na əsasən 2024-2025-ci tədris ilindən etibarən inklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinə 12 məktəb (10, 127, 185, 194, 204, 231, 262, 283, 307, 308, 309 və 315) əlavə olunub.

Ümumilikdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeyindəki inklüziv sinif təşkil edilən məktəblərin sayı 30-a çatdırılıb. 2024-2025-ci tədris ilində inklüziv siniflərə 57 sağlamlıq imkanları məhdud şagird cəlb olunub.

Bildirilib ki, inklüziv təhsil sağlamlıq imkanları qismən məhdud uşaqlarla sağlam uşaqların eyni sinifdə təhsil almasına imkan yaradır. Layihə həmin uşaqların cəmiyyətə daha rahat inteqrasiyasına nail olmaq məqsədlərinə xidmət edir. 

 


 

Xəbər lenti