Logo

“Nəriman Nərimanov və Azərbaycan dili” monoqrafiyası çapdan çıxıb

11.12.2020 11:46 728 baxış
IMG

Filologiya elmləri doktoru, professor Sayalı Sadıqovanın “Nəriman Nərimanov və Azərbaycan dili” monoqrafiyası nəşr olunub.

 

Tehsil.biz xəbər verir ki, akademik Möhsün Nağısoylunun elmi redaktorluğu ilə işıq üzü görən monoqrafiya Azərbaycan ictimai fikri, mətbuatı, mədəniyyəti tarixində mühüm xidmətləri olan görkəmli ictimai-siyasi xadim Nəriman Nərimanovun anadan olmasının 150 illik yubileyinə həsr edilib. Əsərdə Nəriman Nərimanovun Azərbaycan ədəbi dilinin qorunması və inkişafı uğrunda apardığı dil siyasəti, qrammatika kitabları, əlifba və terminologiya sahəsindəki fəaliyyəti tədqiq olunub. Qeyd edilib ki, Nəriman Nərimanov milli oyanışı, milli ədəbi dilin inkişafını həyatının başlıca vəzifəsi sayaraq müqəddəs amala çevirdiyi xalq işi uğrunda ardıcıl mübarizə aparıb. Azərbaycan dili, onun tədrisi və inkişafı Nəriman Nərimanovu fəaliyyəti dövründə düşündürən əsas məsələlərdən olub. Böyük ədib ana dilində əsərlər yazmaqla yanaşı, ana dilinin qorunması, inkişaf etdirilməsi istiqamətində mühüm işlər görüb, ana dili məsələsini milli məsələnin əsas tərkib hissəsi hesab edib. Ana dilində məktəblər üçün dərslik hazırlamaq işini qaydaya salmaq üçün bir ildə üç dərslik yazmaq məhz böyük ədib Nəriman Nərimanova nəsib olub. Monoqrafiyada maarifpərvər ədibin dilçilik görüşləri, yazdığı dərsliklər, apardığı dil siyasəti də geniş təhlil edilib.

Xəbər lenti