Logo

Paytaxt məktəbində mina təhlükəsinə qarşı maarifləndirmə tədbiri keçirilib

06.11.2024 13:01 34 baxış
IMG

Paytaxtın 113 nömrəli tam orta məktəbin müəllim-şagird heyəti üçün partlayıcı hərbi sursat və mina təhlükəsinə qarşı maarifləndirmə tədbiri keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən  TƏHSİL.BİZ -ə bildirilib ki, maarifləndirici tədbirdə çağırışaqədərki hazırlıq rəhbəri tərəfindən qəza zamanı göstərilən ilk tibbi yardım, minaların növləri, onların təhlükəsi barədə məlumatlar əyani vəsaitlər vasitəsilə nümayiş olunub.

Eyni zamanda, partlayıcı hərbi sursat və mina partlayışı nəticəsində yaralanmış qazilər partlayıcı qurğuların törətdiyi təhlükədən danışaraq bununla bağlı öz tövsiyələrini veriblər.

Tədbirdə ANAMA tərəfindən hazırlanmış təlimat kitabçaları, partlayıcı sursatların təhlükəsinə dair təbliğat materialları olan maarifləndirici poster və bukletlər təqdim edilib.

Həmçinin tədbir iştirakçılarının suda boğulma, yanğın, dəm qazından zəhərlənmə və digər fövqəladə hallar zamanı davranış qaydalarına dair maarifləndirilməsi ilə bağlı şagirdlər tərəfindən səhnəciklər nümayiş olunub.

Sonda məktəbin ərazisində ağacəkmə aksiyası keçirilib.

Qeyd edək ki, maarifləndirici tədbirlərin keçirilməsinin əsas məqsədi təhsil müəssisələrinin müəllim-şagird heyətinin diqqətini baş verə biləcək fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, onların partlayıcı hərbi sursat və mina təhlükəsinə qarşı bilik və bacarıqlarını təkmilləşdirməkdən ibarətdir.

Xəbər lenti