Logo

“Mehmanxana və restoran biznesinin aktual məsələləri”- seminar

25.12.2024 14:12 67 baxış
IMG

Azərbaycan Turizm və Menecment Universitetinin Mehmanxana və restoran biznesi kafedrasının təşkilatçılığı ilə elmi-praktik seminar keçirilib.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, “Mehmanxana və restoran biznesinin aktual məsələləri” mövzusuna həsr olunan tədbirdə başlıca məqsəd peşəkar kadr hazırlığı prosesində səviyyə potensialının qorunub saxlanılmasına, sənaye nümayəndələri və işəgötürənlərin tələb-təkliflərinin nəzərə alınmasına, həmçinin hotelçilik ixtisasına tələbatın artması zəminində müvafiq fənlərin tədrisində pedaqoq-mütəxəssis rəyinin öyrənilməsi olub.

Elmi-praktik seminarda hotelçilik ixtisasının bərpasını günün tələbi kimi dəyərləndirən tədbir iştirakçıları ixtisaslı, peşəkar kadr hazırlığı prosesinə müəssisə nümayəndələrinin də cəlb olunmasını məqsədəuyğun sayıblar.

Xəbər lenti