Lənkəran Dövlət Universitetinin (LDU) 1 saylı tədris binasının həyətində baytarlıq klinikası tikiləcək.
TƏHSİL.BİZ xəbər verir ki, klinika Lənkəran şəhəri 170 A ünvanında yerləşən universitetin 1 saylı tədris binasının həyətində inşa olunacaq.
Artıq tenderə yekun vurulub. İşlərin icrası “AS-Təmir Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edilib və müqavilə bağlanılıb.
Müqaviləyə əsasən, şirkətə baytarlıq klinikasının tikintisi üçün 1.957.340,32 manat ödənilib.