Logo

Coğrafiya İnstitutunun Rusiya coğrafiyaçıları ilə elmi əlaqələri genişlənir

03.02.2025 17:06 44 baxış
IMG

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Coğrafiya fakültəsinin İqtisadi və sosial coğrafiya kafedrasının dosentləri Danşin Aleksandr və Qoryaçko Mariya bir qrup bakalavr, magistrant və doktorant ilə birgə Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda olublar.

Bu barədə TƏHSİL.BİZ -ə Coğrafiya İnstitutundan məlumat verilib.

Xəzər dənizinin Azərbaycan sahillərinin müasir vəziyyətini öyrənmək və Coğrafiya İnstitutu ilə tanışlıq məqsədilə ölkəmizdə səfərdə olan ekspedisiya üzvləri ilə coğrafiyaçıların görüşü təşkil edilib.

Coğrafiya İnstitutu haqqında qonaqlara məlumat verən baş direktor professor Zakir Eminov elmi müəssisənin tədqiqat sahələri, şöbələri, görkəmli alimləri, elmi nailiyyətləri, yeni nəşrləri və s. haqqında danışıb.

Nümayəndə heyətinin rəhbəri A.Danşin MDU-nun Coğrafiya fakültəsinin fəaliyyətindən söz açıb və bildirib ki, onlar Xəzər dənizinin səviyyə problemi ilə əlaqədar Bakıya gəlməzdən əvvəl Qazaxıstanın Astana şəhərində olublar və bu günlərdə Sumqayıt və Lənkəran şəhərlərinə gedəcəklər.

Tədbirdə qlobal istiləşmə və onun Xəzər dənizinin səviyyəsinə, habelə insan orqanizminə təsiri, Xəzərdə və çaylarda suyun azalması, demoqrafik problemlər, ekoturizm, təsərrüfatın və nəqliyyatın ərazi təşkili, siyasi-coğrafi problemlərin həlli istiqamətləri və digər məsələlər müzakirə edilib. Hər iki müəssisə arasında elmi əlaqələrin davamı və möhkəmləndirilməsi barədə razılığa gəlinib.

Xəbər lenti