Logo

Dünən Gəncədə baş verən bıçaqlanma ilə bağlı idarədən AÇIQLAMA

11.03.2025 10:18 175 baxış
IMG

“Gəncə şəhərində baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı tərəfimizdən araşdırma aparılıb. Araşdırmanın nəticəsinə əsasən, hadisədə iştirak edən tərəflərdən heç biri Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şagird kontingentində yoxdur”.

TƏHSİL.BİZ xəbər verir ki, bu barədə regional idarədən “Azərbaycan müəllimi”nin sorğusuna verilən cavabda qeyd edilib.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılması da əlavə edilib.

Xatırladaq ki, dünən Gəncə şəhərində məktəblinin bıçaqlanması ilə bağlı məlumat yayılmışdır.


 

Xəbər lenti