Logo

GDU-nun 5 tələbəsi Mərkəzi Bankın keçirdiyi müsabiqədə qalib olub

11.03.2025 10:41 106 baxış
IMG

Mərkəzi Bank və Mastercard Beynəlxalq Korporasiyası tərəfindən Beynəlxalq Əmanət Günü və Maliyyə savadlılığı ayına həsr edilən tələbələr arasında "Rəqəmsal ödənișlər və elektron bankçılıq xidmətləri" virtual kursu üzrə müsabiqənin qalibləri bəlli olub.

TƏHSİL.BİZ-in bölgə müxbiri xəbər verir ki, GDU-nun Kimya-biologiya müəllimliyi ixtisasının IV kurs tələbəsi Turan Məmmədova ən yüksək nəticə, yəni 86.67 balla ilk 15-liyə daxil olaraq qalib gəlib. Həmçinin Kimya-biologiya fakültəsinin digər tələbələri Rəvan Namazlı, Aydan Məmmədova, Selcan Hüseynli, Aytac Mirzəyeva və Riyaziyyat-informatika fakültəsinin tələbəsi Bahar Emiraslanova isə 70 faiz nəticəni keçdiyi üçün onlara sertifikatlar və xatirə hədiyyələri təqdim olunub.

Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru dosent Gülsüm Fətəliyeva qalib gələn tələbələrlə görüşüb, onları müsabiqədə qazandıqları qələbə münasibətilə təbrik edib. Tələbələrə gələcək təhsillərində uğurlar arzu edib.

Qeyd edək ki, "Rəqəmsal ödənișlər və elektron bankçılıq xidmətləri" virtual kursu üzrə müsabiqəyə regionlardakı ali təhsil müəssisələri də daxil olmaqla 20-dən çox universitetdən 218 tələbə qatılıb. Onlardan 15-i ən yüksək nəticə göstərərək müsabiqənin qalibləri olub. Həmin tələbələrə planşet hədiyyə edilib, 66 nəfərə isə imtahanda 70 faiz nəticəni keçdiyi üçün sertifikatlar və xatirə hədiyyələri verilib.


 

Xəbər lenti