Logo

Deputat: Universitet–özəl sektor əməkdaşlığı faydalı nəticələr verir

08.10.2025 15:31 54 baxış
IMG

“Universitet–özəl sektor əməkdaşlığı inkişaf edir və qarşılıqlı faydalı nəticələr verir”.
 

TƏHSİL.BİZ  xəbər verir ki, bu sözləri ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə “Azərbaycan jest dili tətbiqi” layihəsinin təqdimatında deyib. 

O bildirib ki, bugünkü təqdimat yeni məhsulla bağlıdır:

“Azərbaycan jest dili tətbiqi” bizim universitetin komandası tərəfindən hazırlanıb. Hesab edirik ki, bu alət cəmiyyətimiz üçün çox faydalı olacaq və geniş istifadə ediləcək".

Onun sözlərinə görə, layihə yalnız universitet tərəfindən deyil, həmçinin bir sıra özəl sektor nümayəndələrinin maliyyə və logistik dəstəyi ilə həyata keçirilib.

"Bu fakt bir daha təsdiqləyir ki, universitet–özəl sektor əməkdaşlığı inkişaf edir və qarşılıqlı faydalı nəticələr verir. Gələcəkdə bu tərəfdaşlıq formatında daha çox layihənin reallaşdırılacağına inanırıq", - deyə Fariz İsmayılzadə əlavə edib.

Xəbər lenti