Logo

İnklüzivliyin çox ciddi bir mərhələsindəyik – bp şirkətinin vitse-prezidenti

08.10.2025 15:32 53 baxış
IMG

“Əsas istiqamətimiz təhsil, ətraf mühitin qorunması, zəngin mədəni irsimizin ölkədən kənarda tanıdılmasına dəstək verməkdir”. 

TƏHSİL.BİZ  xəbər verir ki, bu sözləri  bp şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli “Azərbaycan jest dili tətbiqi” layihəsinin təqdimatında deyib. 

O bildirib ki, bu gün işarət dili ilə bağlı tətbiqin fəaliyyətə başlaması çox önəmlidir.  

"Bu hadisə həm də təhsillə bağlıdır. Artıq inklüzivliyin çox ciddi bir mərhələsindəyik. Bu sahəyə gənclər arasında diqqətin olması çox sevindirici haldır. İşarət dilinə ehtiyacı olan şəxslərin cəmiyyətə inteqrasiyası yönündə atılan vacib addımlardandır. Biz bu kimi layihələrdə universitetlərlə əməkdaşlıq etməkdən çox məmnunuq", - deyə o əlavə edib.


 

Xəbər lenti