Logo

PISA-nın iqlim savadlılığı üzrə qiymətləndirməsinin pilot mərhələsi keçirilir

08.10.2025 15:34 64 baxış
IMG

7 oktyabrdan etibarən Azərbaycanda 14-16 yaşlı şagirdlərin iqlim savadlılığı üzrə qiymətləndirmənin pilot mərhələsinin keçirilməsinə start verilib.

TƏHSİL.BİZ  xəbər verir ki, qiymətləndirmə oktyabr ayı ərzində davam edəcək.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) Azərbaycanın COP29-da irəli sürdüyü təşəbbüsdən sonra PISA-nın 2029-cu il dövrünə iqlim savadlılığının yeni səriştə əsaslı qiymətləndirilməsini daxil etməyi nəzərdən keçirir. İdeyanın təşəbbüskarı kimi Azərbaycan da bu mərhələdə 14-16 yaşlı şagirdlərlə iştirak edir. Qiymətləndirmədə 65 məktəbdən təqribən 1600-dən çox şagirdin iştirak edəcəyi gözlənilir.

Qiymətləndirmə iki hissədən ibarətdir:

1) Şagirdlərin iqlim savadlılığını ölçən koqnitiv hissə;
2) Şagirdlərin müxtəlif iqlim məsələləri ilə bağlı yanaşma və davranışlarını ölçən sorğu hissəsi.

Pilot mərhələ sualların məzmun uyğunluğunu və çətinlik dərəcəsini yoxlamaq məqsədi daşıyır.

 

 

 

 


 

Xəbər lenti