Logo

"Eksperimental Olimpiada" layihəsinin iştirakçıları Azeraluminium MMC-də olublar

18.12.2021 15:44 1027 baxış
IMG

Gəncə şəhərində icra edilən "Eksperimental Olimpiada" layihəsinin iştirakçıları Azeraluminium MMC-də olublar. İştirakçılar burada istehsal prosesi, fiziki-kimyəvi analiz üsulları ilə ətraflı tanış olublar.

Tehsil.biz xəbər verir ki, layihə rəhbəri Elnur Nəbiyevin verdiyi məlumata görə, layihənin əsas məqsədi Gəncə şəhəri məktəblilərinin kimya fənninə marağının dahada artırılmasına və düzgün istiqamət almalarına nail olmaqdır. Kimya fənninin üstünlüklərini aşılamaq və bu fənnə olan marağın oyadılması, Kimyaçı kimi düşünən şagirdlərin aşkar edilməsi layihənin vəzifələrindəndir. 

Layihənin icrası olaraq praktik biliklərlə kimya elminə fərqli baxış formalaşacaq, kimya fənninə marağı olan şagirdlər üzə çıxarılacaqdır. Layihə iştirakçılarının əksər heyəti potensial  olimpiadaçılar olduğundan, onların praktik biliklərə yiyələnməsi olduqca vacibdir.

Xəbər lenti