Logo

“Diaspor Akademiyası” layihəsinin növbəti təlimi baş tutub

08.02.2024 20:57 179 baxış
IMG

“Diaspor Akademiyası” layihəsi çərçivəsində keçirilən üçüncü təlim “Layihələrin yazılması” mövzusuna həsr edilib.

Tehsil.biz xbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun layihəsi üzrə üçüncü təlim onlayn formatda baş tutub.

Tanınmış təlimçi, Avropa Şurası Gənclər Departamentinin təlimçilər bazasının üzvü Pərvanə Məmmədova təlim iştirakçılarına layihələrin növləri, məqsəd və vəzifələri, iş planı, büdcənin hazırlanması, əsaslandırılması və sair məsələlər barədə ətraflı məlumat verib.

Sonra təlim iştirakçıları diaspor təşkilatlarının alternativ maliyyə qaynaqlarının tapılmasına dair layihələrin təqdim edilməsi barədə fikir mübadiləsi aparıb və təcrübələrini bölüşüblər.

Təlim sualların cavablandırılması ilə yekunlaşıb.

Qeyd edək ki, “Diaspor Akademiyası” layihəsi ötən ilin dekabrından başlayıb və bu ilin aprel ayına qədər davam edəcək.

Xəbər lenti