Fevralın 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov, “Qazprom” Şirkətin Azərbaycandakı rəsmi nümayəndəsi Maqsud Andercanov, şirkətin Azərbaycan nümayəndliyinin baş eksperti Rəşid Abbasov və Sankt-Peterburq Dövlət İqtisad Universitetinin dosenti Stanislav Babiç ilə görüşüb.
Bu barədə "Tehsil.biz"ə ADNSU-dan bildirilib.
Səmimi ortamda keçən görüşdə tərəflər arasında perspektiv əlaqələrin qurulması və inkişafı haqqında fikir mübadiləsi aparılıb, konkret hədəflərdən bəhs olunub.