Logo

Coğrafiya İnstitutunun həmkarlar təşkilatına sədr seçilib

12.02.2024 12:23 140 baxış
IMG

Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutu Həmkarlar təşkilatının hesabat-seçki yığıncağı keçirilib.

Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.

Tədbirdə Təhsil İşçilərinin Azad Həmkarlar Təşkilatının nümayəndəsi Məmməd Məmmədov iştirak edib.

İclasa sədrlik edən professor Rza Mahmudov gündəlikdəki məsələlərlə iştirakçıları tanış etdikdən sonra institut həmkarlar təşkilatının sədri dosent Habil Haqverdiyev 2017-2023-cü illər üçün hesabat məruzəsi ilə çıxış edib, təşkilatın qərar layihəsini təqdim edib.

İştirakçılar uzun illər HİT sədri vəzifəsini uğurla yerinə yetirən H.Haqverdiyevin işini müsbət qiymətləndiriblər və ona cansağlığı arzu ediblər. Hesabat məqbul hesab edilərək qəbul edilib və qərar layihəsi təsdiq edilib.

Sonra gizli səsvermə yolu ilə institutun Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin elmi işçisi Kamran Ramazanlı təşkilata yeni sədr seçilib. Daha sonra açıq səsvermə yolu ilə HİT-in idarə heyətinin 7 nəfərdən ibarət yeni üzvü seçilib.

Xəbər lenti