Logo

ABŞ-də Xocalı həqiqətləri ilə bağlı məqalə dərc olunub

27.02.2024 22:16 220 baxış
IMG

ABŞ-nin nüfuzlu “Texas State News” media orqanı Xocalı faciəsi barədə məqalə dərc edib.

Tehsil.biz xəbər verir ki, ABŞ-Azərbaycan İnteqrasiya Mərkəzinin rəhbəri, Amerika Azərbaycanlıları Koordinasiya Şurasının üzvü Samir Novruzovun müəllifi olduğu mMəqalədə Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın məşhur jurnalist, britaniyalı ekspert Tomas de Vaala verdiyi müsahibəsinin böyük rezonans doğurduğu qeyd olunub: “Xocalı hadisələrinə qədər azərbaycanlılar bizimlə zarafat etdiklərini, ermənilərin dinc əhaliyə əl qaldıracağını düşünmürdülər. Bu düşüncələri dəyişmək lazım idi. Biz bacardıq. Bu stereotipi qırdıq”.

Məqalədə qeyd olunur ki, bu dəhşətli yanaşmanın Xocalıda baş verən hadisələrə işıq salır, hər bir azərbaycanlının qəlbində əbədi yaralar qoyan faciənin əsl günahkarlarını üzə çıxarır. Xatın, Liditse, Oradür Sür Qlan, Holokost, Sonqmi, Ruanda və Srebrenitsa kimi faciələri xatırladan Xocalı qətliamı bəşər tarixinin ən utancverici bir yarası olaraq qalmaqdadır. “La Croix-l”Evnement”, “The Sunday Times”, “Financial Times”, “The Times”, “İzvestiya” və “Le Monde” kimi məşhur qəzetlərin nəşrlərində qətliamın dəhşətli mənzərəsi, günahsız mülki şəxslərə qarşı törədilmiş ağlasığmaz vandalizm aktları yer alıb. Məqalədə o da qeyd edilir ki, “Xocalıya Ədalət” kampaniyası çərçivəsində məlumatlılığın artırılmasına yönəlmiş birgə səylərə baxmayaraq, hələ də ədalət öz yerini tapmayıb. Bir neçə dövlət və beynəlxalq qurum Xocalı faciəsini soyqırım kimi tanısa da, cinayətkarlar hadisədən 32 il keçməsinə baxmayaraq hələ də cəzasız qalıb. Yalnız günahkarları məsuliyyət cəlb etməklə azad gələcəyə yol aça bilərik.

Xəbər lenti