Logo

Banqladeşdə bəzi sosial media platformalarını bloklana bilər

01.04.2024 13:34 160 baxış
IMG

Banqladeş Nazirlər Kabinetinin qanun və nizamnamə komitəsinin sədri Mozammel Haque bildirib ki, əgər feysbuk və yutub sosial media şəbəkələri hökumətin “dezinformasiyaya” nəzarət etmək göstərişinə məhəl qoymasa, ölkədə onların fəaliyyəti müvəqqəti dayandırılacaq.

Tehsil.biz “Bangladesh Sangbad Sangstha” agentliyinə istinadən xəbər verir ki, komitə sədri öz açıqlamasında sosial media haqqında qanunun müddəalarını əsas gətirib.

Onun sözlərinə görə, sosial media platformaları hökumət tərəfindən dəfələrlə edilmiş etirazlara baxmayaraq, şayiələrin yayılmasına və kibercinayətlərə qarşı tədbir görmür. Feysbuk və yutub platformalarının Banqladeşdə ofisləri olmadığı üçün onlar yerli hökumətin tövsiyə və göstərişlərinə məhəl qoymurlar.

Xəbər lenti