Logo

Əməkdar artist Moskvanın mərkəzində ölü tapıldı

09.04.2024 10:22 164 baxış
IMG

Opera müğənnisi Yevgeni Kunqurovun meyiti Moskvanın mərkəzində evlərdən birinin yaxınlığında tapılıb.

Tehsil.biz xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadən məlumat yayıb.

“Bazar ertəsi axşam Yevgeni Kunqurovun meyiti Moskvanın mərkəzindəki Zoologiçeskaya küçəsindəki yaşayış binasının pəncərələri altında aşkar edilib”, - deyə agentlikdən bildirilib.

Təcili yardım xidmətlərindən başqa bir mənbə agentliyə bildirib ki, sənətçi ölümündən bir müddət əvvəl həyat yoldaşına onu hamamda ölü tapacağı barədə xəbər göndərib. Müğənninin həyat yoldaşı paytaxtda olmadığı üçün mənzilə xilasedicilər və psixoloq çağırıb.

Qeyd edək ki, 40 yaşlı Kunqurov Rusiyanın, eləcə də Çeçenistan Respublikasının və İnquşetiyanın Əməkdar artistidir.

Xəbər lenti