Logo

İnternat məktəbinin şagirdləri “Nine Senses” yaradıcılıq mərkəzində əl işlərini nümayiş etdiriblər

10.04.2024 21:31 270 baxış
IMG

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə 11 saylı inteqrasiya təlimli internat məktəbinin şagirdləri qadınların sənət təcrübəsinə həsr olunmuş “Her Art in Action” festivalı çərçivəsində “Nine Senses” yaradıcılıq və özünüinkişaf mərkəzində əl işlərini nümayiş etdiriblər.

Tehsil.biz xəbər verir ki, festival “Gazelli Art House” beynəlxalq incəsənət qalereyası və Bakıda fəaliyyət göstərən incəsənət və media platforması “VarYox”un dəstəyi ilə təşkil olunub.

İddialı gənc dizaynerlər və rəssamlar istedadlarını inkişaf etdirmək üçün festivala qatılıblar.

“Her Art ın Action” festivalının birinci hissəsində “the Feminine Gaze: seeing Ourselves and Each other” mövzusu təqdim olunub.

Festival sərgidən, həmçinin iştirak edən rəssamlar və onların işləri ətrafında bir sıra seminarlar, ictimai söhbətlər və tədbirlərdən ibarət olacaq. Festivalın məqsədi azərbaycanlı qadın rəssamların əsərlərini yeni tamaşaçılara təqdim etməklə onların peşəkar inkişafına dəstək olmaqdır.

11 saylı inteqrasiya təlimli internat məktəbinin direktoru Gülnarə Abdullayevanın sözlərinə görə, internat məktəbinin şagirdləri Azərbaycan milli bədii elementlərini özlərinin tikdikləri geyimlərə köçürüblər.

“Bu işlər 2017-ci ildə internat məktəbimizin şagirdləri tərəfindən yaradılıb”, - G.Abdullayeva deyib.

Direktor əl işlərindəki bütün naxışların milli üslubda hazırlandığını vurğulayıb.

İncəsənət və media platforması “VarYox”un nümayəndəsi Sitara İbrahimbəyli qeyd edib ki, festivalın keçirilməsində əsas məqsəd təkcə istedadlı rəssamların əsərlərini göstərmək deyil, həm də gələcək layihələrini maliyyələşdirmək olub:

“Bir aydan çoxdur davam edən böyük bir festival təşkil etdik. Bugünkü tədbir sonuncudur”.

Xəbər lenti