Logo

Komitə əməkdaşları Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzində olublar - FOTO

26.05.2024 17:27 143 baxış
IMG

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində olublar.

Bu barədə "Tehsil.biz"ə komitədən bildirilib.

İlk öncə Mərkəzdə Ulu Öndər Heydər Əliyevin büstü ziyarət edilib.

Daha sonra Mərkəzdə yerləşən kitabxana ilə tanışlıq olunub. Komitə əməkdaşlarına milli ədəbiyyatımızın həm Azərbaycan dilində, həm də rus dilinə tərcümədə olan nəşrlərinə ehtiyac olduğu bildirilib.

Mərkəzin təşkilatçılığı ilə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndələri Nadir Əlimirzəyev və Yusif Məmmədov, Özbəkistan – Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, Nizami Gəncəvi adına Özbəkistan Pedaqoji Universitetinin professoru Erkin Nuriddinovla görüş keçirilib. Görüş zamanı Komitə əməkdaşlarına Mərkəzin və Dostluq Cəmiyyətinin hazırkı və gələcək fəaliyyətlərinə dair məlumat verilib, perspektivlər və strateji dostluq münasibətləri müzakirə edilib. Hər iki ölkə başçılarının qarşılıqlı səfərləri məmnunluqla vurğulanıb.

DİDK-nın tərəfdaş qurumu olan Özbəkistan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Münasibətləri Komitəsi ilə əməkdaşlığın uğurla davam etdirildiyini bildirən Komitə əməkdaşları birgə keçirilən tədbirlərdən söhbət açıblar. Dostluq Cəmiyyəti və Mərkəzlə Azərbaycan və Özbəkistan xalqlarının dostluq əlaqələrinin daha da inkişafı və möhkəmləndirilməsi istiqamətində həyata keçirilməsi mümkün olan birgə layihələrin dəstəklənməsinə dair fikir mübadiləsi aparılıb.

Görüş zamanı Komitənin Türk Dövlətləri Təşkilatı ilə birgə bu quruma üzv dövlətlərin diaspor sahəsinə məsul orqanlarının rəhbərlərinin görüşünə, eləcə də diaspor təşkilatlarının sistemli fəaliyyətinə ciddi töhfələr verdiyi deyilib.

Xəbər lenti