Logo

Coğrafiya İnstitutu Hacı Zeynalabdin Şirvaninin “Səyahət bağları” kitabını nəşr etdirib

29.05.2024 16:09 135 baxış
IMG

Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru professor Zakir Eminovun elmi redaktorluğu ilə XIX əsrin məşhur səyyahı Hacı Zeynalabdin Şirvaninin “Səyahət bağları” kitabı (II hissə, I cild) çapdan çıxıb.

Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib

Qeyd olunub ki, məşhur səyyahın üç böyük əsəri məlumdur: “Səyahət bağları” (“Riyaz əs-siyahət”), “Səyahət bağçaları” (“Hədayiq əs-siyahət”) və “Səyahət bustanı” (“Bustan əs-siyahət”).

Oxuculara təqdim edilən “Səyahət bağları” əsəri bu ad altında alimin yazdığı kitabın ikinci hissəsidir. Üç cilddə çap edilməsi nəzərdə tutulan kitabların birinci cildində Mərkəzi Asiya, Pakistan, Türkiyə haqqında səyahət qeydləri, düşüncələri, bu ərazilərin təbii-coğrafi şəraiti, əhalisi, etnoqrafiyası, tarixi, şəhərləri və kəndləri, görkəmli şəxsiyyətləri haqqında məlumatlar yer alır. Burada verilən bir çox məlumatlar Azərbaycan üçün ilk dəfədir ki, işıq üzü görür.

Yazılmasından iki əsr sonra səyyahın ana dilində çap edilən əsərləri oxucular üçün maraqlı olacaq.

Xəbər lenti