Logo

Azərbaycan alimləri Türkiyədə - FOTO

29.05.2024 17:02 129 baxış
IMG

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru Mərziyyə Nəcəfova və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva Akdeniz Universiteti Ədəbiyyat fakültəsinin Türk dili və ədəbiyyatı bölməsinin professoru Şevkiye Kazan Nasın dəvəti ilə Türkiyədə işgüzar səfərdə olublar.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, Azərbaycan alimləri Akdeniz Universiteti Ədəbiyyat fakültəsinin Türk dili və ədəbiyyatı bölməsi tərəfindən təşkil olunan “Türkoloji söhbətlər”də iştirak ediblər. Tədbirdə Sevinc Əliyeva “Türk dünyası və dil birliyi” mövzusunda məruzə ilə çıxış edib.

Alimlər, eyni zamanda, TRT Antalya radiosunun qonağı olublar.

Xəbər lenti