İyunun 21-də Elm və Təhsil Nazirliyinin Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib.
Bu barədə "Tehsil.biz"ə rəsədxanadan məlumat verilib.
Seminarda Qalaktikalar və ulduzəmələgəlmə prosesləri şöbəsinin elmi işçisi Şəfəq İsmayılova “Şamaxı Astrofizika Rəsədxanasının 2 metrlik teleskopunda UAGS+ANDOR spektroqrafında alınan müşahidə materiallarının emal edilməsi metodikası” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi teleskopda quraşdırılmış spektroqraflarda alınmış materialların DECH proqram paketi vasitəsilə emalını şərh edib və praktiki olaraq nümayiş etdirib.
Çıxışın yekununda mövzu ətrafında geniş müzakirə aparılıb, suallar cavablandırılıb.