Logo

"Gəncləri işaxtaran yox, işəgötürən kimi görmək istəyirik"

27.06.2024 12:07 187 baxış
IMG

"Gəncləri işaxtaran yox, işəgötürən kimi görmək istəyirik. Ancaq biz gedib ona deyə bilmərik ki, bu gündən işaxtaran yox, işəgötürən olacaqsan. Lakin uzunmüddətli perspektivdə gənclərimizin bilik və bacarıqlarını inkişaf etdirməklə buna nail ola bilərik. İnkişafın, nailiyyətin təməlində öz səhvini başa düşmək və səhvlərindən nəticə çıxarmaq, özünəinamın yüksək olması dayanır".

Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Baku ID" festivalı çərçivəsində keçirilən paneldə çıxışı zamanı deyib.

Nazir bildirib ki, özünə güvənmək və gələcəyin uğurlu olacağına inanmaq lazımdır:

"Ən önəmli məsələlərdən biri də cəmiyyətlə birgə təkamül etmək, digər şəxslərin də inkişafına dəstək göstərməkdir. Hər hansı bir səhv etmiş insana qarşı necə davranmaq çox önəmlidir. Hər şey mədəniyyətdən başlayır. Mədəniyyət isə şəxsi keyfiyyətlərlə əlaqəlidir".

Mərcanə Əsədova

Xəbər lenti