Logo

Xüsusi təhsillə bağlı qanunda DƏYİŞİKLİK

28.06.2024 19:24 120 baxış
IMG

"Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.

Tehsil.biz xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

Dəyişikliklə "Xüsusi təhsil müəssisələri haqqında Əsasnamə"nin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməsi ilə bağlı yarımbənd ləğv edilib.

Bundan başqa, dövlət başçısı "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 31 may tarixli 1170-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə fərman da imzalayıb.

Xəbər lenti