Logo

Nikel oksidi nanohissəciklərinin nanokompozitlərin strukturuna təsir xüsusiyyəti tədqiq edilib

27.06.2024 18:22 146 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunun Nanopolimer kompozitlər laboratoriyasının müdiri kimya elmləri doktoru Nüşabə Qurbanova və laboratoriyanın elmi işçisi Nurlanə Mirzəyevanın Kataliz və Qeyri-üzvi Kimya İnstitutu və Bakı Dövlət Universitetindən olan həmkarları ilə birlikdə həmmüəllifi olduqları məqalə “Journal of Elastomers & Plastics” jurnalında dərc olunub.

Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.

Məqalədə nikel oksidi nanohissəciklərinin yüksək təzyiqli polietilenlə çoxdivarlı karbon nanoborusu əsasında hazırlanan nanokompozitlərin strukturuna və xassələrinə təsiri (The effect of nickel oxide nanoparticles on the structure and properties of nanocomposites based on high-pressure polyethylene containing multiwalled carbon nanotubes) araşdırılıb. Alınan kompozitlərin fiziki-mexaniki, istilik-fiziki və termiki xassələri DTA və AFM analiz üsullarından istifadə edilməklə tədqiq olunub.

“Web of Science”, “Scopus” bazalarına daxil olan jurnal 1.8 təsir əmsalına malikdir və Q3 kateqoriyasındadır.

Xəbər lenti