Logo

Aqrar sığorta üzrə ekspert sertifikatı almaq istəyənlər imtahan verəcək

23.06.2024 09:22 165 baxış
IMG

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən, Aqrar Sığorta Fondunun keçirdiyi təlimləri müvəffəqiyyətlə başa vurmuş namizədlər üçün test imtahanı keçiriləcək.

Bu barədə "Tehsil.biz"ə DİM-dən bildirilib.

Qeyd olunub ki, imtahan DİM-in elektron imtahanlar korpusunda keçiriləcək. Ünvan Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küç., 108.

İmtahana qeydiyyat 2024-cü il 14 may - 14 iyun tarixlərində aparılıb və bu müddət ərzində 48 namizəd müraciət edib.

İmtahan saat 10:00-da başlanır. Namizədlər şəxsiyyəti təsdiq edən sənədləri ilə birlikdə saat 09:00-dan gec olmayaraq imtahan binasında olmalıdırlar.

İştirakçılar "İmtahana buraxılış vərəqəsi"ni buradan çap edə bilərlər.

Xəbər lenti