Logo

ADMİU-da "Aktyor sənəti" və "Rejissorluq" ixtisasları üzrə altqrupların ilk iclası keçirilib

11.03.2025 16:44 97 baxış
IMG

Yeni təhsil proqramlarının yaradılması ilə bağlı işlər davam edir. Bu məqsədlə 6 mart 2025-ci il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Mədəniyyət ixtisasları üzrə İşçi Qrupun həmsədri, rektor professor Ceyran Mahmudovanın sədrliyi ilə iclas keçirilib. İclasın gündəliyindəki məsələ istiqamətlər üzrə altqrupların yaradılması və iclasların tarixlərinin müəyyənləşdirilməsi olub. ADMİU-da Aktyor sənəti və Rejissorluq ixtisasları üzrə altqrupların ilk iclası keçirilib.

Bu barədə TƏHSİL.BİZ -ə universitetdən məlumat verilib.

Aktyor sənəti ixtisası üzrə ADMİU-dan Mədəniyyət ixtisasları üzrə İşçi Qrupunun həmsədri, rektor professor Ceyran Mahmudova, Tədris işləri üzrə prorektor, dosent Nigar Rüstəmova, Dram rejissoru və səhnə plastikası kafedrasının müdiri, professor İsrafil İsrafilov və Dram teatrı və kino aktyoru kafedrasının müdiri, professor Gülşad Baxşıyeva iştirak edib, eləcə də Naxçıvan Dövlət Universitetinin nümayəndələri- Tədris departamentinin direktoru Şahin Əliyev və Musiqinin tarixi və nəzəriyyəsi kafedrasının müdiri Günay Məmmədova iclasa onlayn formada qoşulublar.

Rejissorluq ixtisası üzrə Dram rejissoru və səhnə plastikası kafedrasının müdiri, professor İsrafil İsrafilov, Kino-televiziya sənətləri kafedrasının müdiri Elnur Mehdiyev və Bakı Musiqi Akademiyasının Tədris işləri üzrə prorektoru Nərminə Quliyeva, Musiqi tarixi kafedrasının müəllimi Aynur İsgəndərova və Təhsildə keyfiyyət təminatı üzrə mütəxəssis Aygün Qəhrəmanova iştirak ediblər.

Yeni təhsil proqramlarının hazırlanması istiqamətində digər ali təhsil müəssisələri ilə birgə fəaliyyətimiz davam edir.

Xəbər lenti