Logo

İngilis dili müəllimləri üçün TKT imtahanına qeydiyyat elan edilib

12.03.2025 14:12 54 baxış
IMG

Dövlət İmtahan Mərkəzi Teaching Knowledge Test (TKT) imtahanına qeydiyyat elan edir. İmtahan mayın 24-də keçiriləcək.

DİM-dən TƏHSİL.BİZ -ə bildirilib ki, imtahanda iştirak etmək istəyənlər aprelin 6-dək qeydiyyatdan keçə bilərlər.

Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzi olan Dövlət İmtahan Mərkəzi ingilis dili müəllimləri üçün bilik və bacarıqları beynəlxalq səviyyədə təsdiq edən TKT (Teaching Knowledge Test) kvalifikasiyasının aşağıdakı modulları üzrə imtahan təşkil edir:

- TKT Modul 1

- TKT Modul 2

- TKT Modul 3

- TKT Modul YL (Young Learners – azyaşlı öyrənənlərə dilin tədrisi)

- TKT Modul CLIL (Content and Language Integrated Learning – dilin məzmunla inteqrativ tədrisi)

Qeyd edək ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri olaraq Kembric İngilis dili üzrə Qiymətləndirmə (Cambridge English Qualifications), Kembric İngilis dili üzrə Tədris (Cambridge English Teaching) imtahanlarını təklif edir. Dövlət İmtahan Mərkəzi tələb əsasında Kembric İngilis dili üzrə Səviyyə Testi (Cambridge English Placement Test - CEPT) də təşkil edir.

Əlavə məlumat üçün [email protected] ünvanına yazmaq olar.


 

Xəbər lenti