Logo

Universitetlərimiz 5 fənn üzrə QS reytinqində yer alıb

12.03.2025 14:44 126 baxış
IMG

Martın 12-də “Quacquarelli Symonds” reytinq agentliyi fənn sahələri üzrə dünyanın ən yaxşı universitetlərinin 2025-ci il üçün cədvəlini dərc edib. 

TƏHSİL.BİZ xəbər verir ki, Azərbaycan universitetləri ümumilikdə 5 fənn üzrə təmsil olunub və irəliləyib.

Bakı Dövlət Universiteti “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təmsil olunub, o cümlədən ilk dəfə “Riyaziyyat” ixtisası üzrə reytinqdə yer alıb. Azərbaycan Dövlət İqtisad Universiteti “İqtisadiyyat və ekonometrika” və “Sosial elmlər və idarəetmə” ixtisasları olmaqla, 2 fənn sahəsində təmsil olunub. Azərbaycan Dillər Universiteti isə “Müasir dillər” proqramı üzrə dünyanın ən yaxşı 250 universitetinin siyahısına daxil olub.

Qeyd edək ki, sözügedən reytinq 5 indikatoru (akademik nüfuz, işəgötürənlər arasında nüfuz, məqalə üzrə istinad sayı, H-indeks və beynəlxalq elmi əməkdaşlıq indeksi) nəzərə alır.

 


 

Xəbər lenti