Masallı rayonunda “Səsin Gəlsin! Gələcəyin liderləri üçün natiqlik bacarıqları” layihəsi icra olunmağa davam edir.
TƏHSİL.BİZ xəbər verir ki, təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olan bu layihənin məqsədi innovativ təlimlər, zehin xəritələri yaratmaq üsulları və mentorluq proqramları vasitəsilə şagirdlərin ünsiyyət və natiqlik bacarıqlarını gücləndirməkdir.
Təlimçi Orxan Əliyev tərəfindən keçirilən sessiyalar zamanı şagirdlərə ictimai nitq texnikaları, sağlam ünsiyyət vərdişləri və stresin idarə edilməsi strategiyaları haqqında biliklər təqdim olunub. Təlimlər qeyri-formal təhsil metodlarından istifadə edilərək təşkil olunub ki, bu da şagirdlərə yalnız nəzəri biliklər deyil, həm də onları praktik şəkildə tətbiq etmək imkanı yaradıb.
Layihə Masallı rayonunun iki məktəbindən olan 15 nəfər VII və VIII sinif şagirdini əhatə edir. Növbəti mərhələdə iştirakçılar mentorluq proqramına cəlb olunacaq və layihənin sonunda natiqlik müsabiqəsi təşkil ediləcək.
Layihə Masallı rayon Sığdaş kənd tam orta məktəbin müəllimi Elsevər Gənciyev tərəfindən icra olunur.
Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olan bu layihənin məqsədi innovativ təlimlər, zehin xəritələri yaratmaq üsulları və mentorluq proqramları vasitəsilə şagirdlərin ünsiyyət və natiqlik bacarıqlarını gücləndirməkdir.