Logo

BDU-nun həyətində müxtəlif növlü çiçəklər əkilib

25.04.2025 12:08 58 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı, “BDU könüllüləri”, Tələbə Gənclər Təşkilatının dəstəyi ilə çiçəkəkmə aksiyası keçirilib.

BDU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, çiçəkəkmə aksiyasında gənclər təşkilatlarının üzvləri, müxtəlif fakültələrin tələbələri iştirak ediblər.

Aksiya zamanı universitetin həyətində müxtəlif növlü çiçəklər əkilib, quşlar üçün evciklər düzəldilib, işıq dirəklərinə gül dibçəkləri quraşdırılıb. Aksiyanın məqsədi ətraf mühitin qorunmasına kömək etmək, ekoloji tərbiyəni gücləndirmək və təbiətə töhfə verməkdir.

Xəbər lenti