Logo

Bakı Ali Neft Məktəbində “Açıq qapı” günü olacaq

28.04.2025 11:06 34 baxış
IMG

Mayın 5-də SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) “Açıq qapı” günü keçiriləcək.

Ali məktəbdən TƏHSİL.BİZ - ə bildirilib ki, tədbirdə ali təhsil almaq istəyən gənclərə BANM-in tədris proqramları, kafedraları və imkanları ilə yaxından tanış olmaq imkanı yaradılacaq. Kampus turu və məlumat sessiyaları sayəsində, BANM-in tədris mühiti və imkanları haqqında ətraflı məlumat veriləcək.

Tədbirə qatılmaq istəyənlərə öncədən qeydiyyatdan keçmələri tövsiyə olunur.

Qeydiyyatdan bu link vasitəsilə keçmək olar.

Xəbər lenti