Logo

Daşkənd Dövlət Aqrar Universitetinin nümayəndə heyəti ADAU-da səfərdə olub

28.04.2025 11:49 35 baxış
IMG

Daşkənd Dövlət Aqrar Universitetinin qarşılıqlı müqavilə əsasında dəvət edilən bir qrup əməkdaşı Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) səfərdə olub.

TƏHSİL.BİZ xəbər verir ki, nümayəndə heyətinin tərkibinə Daşkənd Dövlət Aqrar Universitetinin Bitkiçilik və toxumçuluq kafedrasının dosenti, aqrar elmlər üzrə fəlsəfə doktoru Nazarov Xudayberdi Kuydimuratoviç, Kənd təsərrüfatı texnikalarının mexanikləşdirilməsi və avtomatlaşdırılması kafedrasının dosenti, texnika üzrə fəlsəfə doktoru Mirzəqocayev Şerxodxuja Şoxruxoviç, Bitki mühafizə və karantin kafedrasının professoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Nəsirova Zərifəxan və Baramaçılıq və tutçuluq kafedrasının dosenti, aqrar elmlər üzrə fəlsəfə doktoru Mirzəyeva Yorkinoy daxildir.

Qonaqlarla görüşən ADAU-nun rektoru Zəfər Qurbanov gələcək əməkdaşlıq istiqamətləri, birgə elmi-tədqiqat layihələrinin işlənməsi və tədris proqramlarının yenilənməsi barədə fikir mübadiləsi aparıb.

Səfər çərçivəsində Aqronomluq, Mühəndislik və Zoomühəndislik fakültələrində professor-müəllim heyətinə və magistr tələbələri üçün bir sıra ixtisaslaşmış seminarlar təşkil edilib.

Həmçinin, qonaqlar ADAU-nun maddi-texniki bazası və laboratoriya imkanları və Gəncə şəhərinin gəzməli-görməli məkanları ilə yaxından tanış olublar.

Bu səfər iki ali təhsil müəssisəsi arasında elmi-pedaqoji əlaqələrin gücləndirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi və ortaq layihələrin reallaşdırılması baxımından vacib əhəmiyyət daşıyır.

Xəbər lenti