Sankt-Peterburqda nəşr edilən “Turizm və mədəniyyət sənayesi” jurnalının 2025-ci il yaz buraxılışında Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovun böyük rus şairi Sergey Yeseninə həsr etdiyi "Ölümdən güclü" adlı məqaləsi dərc olunub.
Muzeydən TƏHSİL.BİZ -ə bildirilib ki, Sergey Yeseninin anadan olmasının 130 illiyi münasibətilə qələmə alınmış məqalədə şairin həyat və yaradıcılığının “Bakı dövrü” ətraflı işıqlandırılıb.
Qeyd edək ki, 2000-ci ildən nəşr olunan “Turizm və mədəniyyət sənayesi” jurnalı ixtisaslaşmış nəşrdir və ildə iki dəfə çapdan çıxır. Jurnalın baş redaktoru Anatoli Kovalyovdur.