Logo

ADMİU-nun müəllimi Beynəlxalq Festivalın Qran-pri qalibi olub

29.04.2025 11:16 119 baxış
IMG

26-28 aprel tarixlərində Özbəkistan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, UNESCO və ICESCO-nun himayəsi ilə reallaşan IV Beynəlxalq Baxşı Festivalının bağlanış mərasimi keçirilib.

TƏHSİL.BİZ xəbər verir ki, festivalda Azərbaycan Ozan Aşıq sənətini təmsil edən ADMİU-nun Musiqi sənəti fakültəsi Aşıq sənəti kafedrasının müəllimi Qəlbinur İbrahimli Qran-pri qalibi olub.

Xatırladaq ki, IV Beynəlxalq Baxşı Festivalının münsif kürsüsündə ADMİU-nun Aşıq sənəti kafedrasının müdiri, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Samirə Əliyeva da yer alıb.

 

 

 

 


 

Xəbər lenti