Logo

İş yerini dəyişmək istəyən müəllimlərin DİQQƏTİNƏ!

29.04.2025 14:09 246 baxış
IMG

Aprelin 29-dan iş yerini dəyişmək istəyən müəllimlər üçün vakansiya seçimi prosesinə start verilib.

TƏHSİL.BİZ xəbər verir ki, bu gündən dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilir. Müsabiqə üzrə vakansiya seçimi 5 may saat 13:00-dək davam edəcək. Müəllimlər qeyd olunan tarixədək vakansiya seçimi edərək elektron ərizələrini təsdiqləməlidirlər.

Bildirilir ki, vakansiya seçimi mərhələsində iştirak edəcək şəxslər diqqətli olmalı və seçim etdikdən sonra elektron ərizələrini təsdiqləməyi unutmamalıdırlar. 

 


 

Xəbər lenti